16/07/2023
“BUTA Sığorta və Təkrarsığorta Brokeri” Qapalı Səhmdar Cəmiyyəti 2019-cu ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmiş və həmin ildə də Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Cəmiyyətə sığorta broker fəaliyyəti üzrə müddətsiz xüsusi razılıq(lisenziya) verilmişdir.
BUTA Sığorta və Təkrarsığorta Brokeri QSC öz başlıca fəaliyyətini aşağıdakı mühüm istiqamətlərdə həyata keçirilməsinə üstünlük verir:
- istənilən sığorta və təkrarsığorta növləri üzrə xidmətlərin peşəkarlıqla və beynəlxalq standartlara cavab verən səvviyyədə həyata keçirilməsinə nail olmaq;
- fərdi və korporativ müştərilərinin tələblərinə hörmətlə yanaşmaqla, onların ümidlərini artıqlaması ilə doğrultmağa çalışmaq;
- müştərilərin tələbatının düzgün qiymətləndirilməsi, onlara etibarlı və daha sərfəli sığorta məhsulları təqdim etmək;
- Respublikamızda sığorta xidmətlərinin geniş yayılmasına və əhalinin sığorta mədəniyyətinin yüksəldilməsinə yönəldilən dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmək;
- yanğınlar, yol-nəqliyyat hadisələri, zəlzələ, təbii fəlakətlər, oğurluq, bədbəxt hadisələr və sair sığorta hadisələri zamanı sığorta şirkətləri tərəfindən zərərlərin düzgün müəyyən edilməsinə və müştərilərin vaxtında sığorta ödənişlərini almalarına nail olmaq.
BUTA Broker Şirkəti öz fəaliyyətində yerli və dünyanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətləri ilə əməkdaşlıq edir.
İstənilən növ sığorta tələbatını BUTA Broker Şirkəti vasitəsi həyata keçirən müştərilər müxtəlif səpgidə məsləhətlər alır, eyni zamanda bir neçə sığorta şirkətinin sığorta təklifləri ilə yaxından tanış olur və arzuladığı sığorta təklifini könüllü olaraq çeçim edirlər. Bunlarla yanaşı sığorta hadisələri zamanı, zərərlərin düzgün müəyyən edilib hesablanması və sığorta ödənişlərinin vaxtında ödənilməsi barədə sığorta qanunvericiliyinə uyğun olaraq tərəfimizdən sığorta şirkətlərinə qarşı Sığorta Tələbi təqdim edilir.
Sizə olan təkliflərimizin müştərilərinizə verdiyiniz xidmətin əhatəsinin daha da əhatəli olmasına xidmət edəcəyinə inanır və Sizinlə faydalı əməkdaşlıg edə biləcəyimizə ümid edirik.