Asco_istiqrazları

Asco_istiqrazları 💸Dollarla zəmanətli yatırım!
💰6% illik gəlir!
♲ Zəmanətli təkrar bazar!
💵Ən doğru investisiya!

“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri edilib.💸 İstiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qaza...
06/03/2025

“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri edilib.

💸 İstiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb.

💹 Faiz ödənişlərinin 3 milyonu 03.03.2023-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 100 000 000 ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 23.02.2024-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 50 000 000 ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.

ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.İstiqrazlar sahiblərinə ümumilikdə ...
03/09/2024

ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.

İstiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb. Faiz ödənişlərinin 3 milyonu 03 mart 2023-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 100,000,000 (yüz milyon) ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.

Faiz ödənişləri investorların bank hesablarına artıq köçürülüb.

Qeyd edək ki, hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.

Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərind...
07/09/2023

Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə ilk kupon ödənişi olub.

İstiqraz sahiblərinə ümumilikdə 3 milyon ABŞ dolları həcmində faiz ödənişi edilib. Bu vəsait investorların bank hesablarına artıq köçürülüb.

Ümumi dəyəri 100,000,000 ABŞ dolları, hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan”ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.

“ASCO istiqrazları”na abunə yazılışı 29 dekabr 2022-ci il tarixindən başlayıb və 28 fevral 2023-cü ilədək davam edib.

İstiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldilib. Eyni zamanda, istiqrazlar ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub.

  ailəsi adından   bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə   əhvali-ruhiyyəsi, cansağlığı və bol uğur arz...
20/03/2023

ailəsi adından bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə əhvali-ruhiyyəsi, cansağlığı və bol uğur arzulayırıq. Bayramınız mübarək! ❤️‍🔥

14/03/2023

Torpaq çərşənbəniz mübarək!

08/03/2023

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə dənizçi xanımların simasında bütün Azərbaycan xanımlarını təbrik edirik.

Əziz xanımlar, sizə sağlıqlı həyat arzulayırıq! Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Bakı Fond Birj...
03/03/2023

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Bakı Fond Birjasında “Açılış Zəngi” tədbiri keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova bildirib ki, 2022-ci ildə AMB 33 emissiya prospektini dövlət qeydiyyatına alıb və bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir: “2023-cü ildə bu sahədə ən böyük tədbirlərdən biri “ASCO istiqrazları”nın buraxılışı olub. Bu, digər potensial emitentlər üçün də örnək ola bilər. Emitentlər arasında ASCO-nu görməyimizə çox şadıq.”

Umeyra İbrahimova “ASCO istiqrazları”nın BFB-nin «Premium» seqmentində dövriyyə edəcəyini xüsusilə vurğulayıb.

Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını qeyd edib.

ASCO sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu il 165 illik yubileyini qeyd edir. Həmçinin, 2023-cü ildə Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərməyimizin 10 ili tamam olur. Bu əlamətdar tarixlər ərəfəsində tədavülə buraxdığımız “ASCO istiqrazları” 2014-cü ildən fəaliyyətini hər il mənfəətlə başa vuran şirkətimizin inkişafına daha böyük töhfə verəcək. O, tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.

PAŞA Kapital İnvestisiya Şirkətinin sədri Ceyhun Hacıyev vurğulayıb ki, ASCO korporativ istiqrazlarının kapital bazarlarına daxil olması dövlət əhəmiyyətli mərhələ sayılır. Bu addım ASCO-nun timsalında digər dövlət şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, korporativ istiqraz emissiyasının əldə etdiyi uğurlu nəticələr digər dövlət şirkətlərini kapital bazarlarına daxil olmağa daha da həvəsləndirəcək.

28/02/2023

Bu gün Odlar Yurdunda Od çərçənbəsi qeyd olunur. 🔥
Hər birinizi təbrik edir, ocağınızın daim gur yanmasını arzulayırıq.❤️‍🔥

26/02/2023


Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💦Bu bayramda sizə su kimi saf və təmiz ömür arzulayırıq! 💙
21/02/2023

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💦
Bu bayramda sizə su kimi saf və təmiz ömür arzulayırıq! 💙

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nominal qiyməti 1000 dollar olan, 5 il müddətli, illik 6% gəlirli, 6 aydan bir faiz öd...
09/02/2023

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nominal qiyməti 1000 dollar olan, 5 il müddətli, illik 6% gəlirli, 6 aydan bir faiz ödənişli ASCO istiqrazlarını təqdim edir.
Məhdud sayda olan istiqrazları əldə etməyə tələsin!

Səhifəmizə abunə olun və daha ətraflı məlumat əldə edin.

ASCO istiqrazları – Uğurlu gələcəyə birgə yelkən açaq!

📌Ünvan: Bakı şəhəri,
Cəfər Cabbarlı küçəsi, 44
🌐 www.ascoistiqraz.az
📞1548




Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə uyğun olaraq, 2023-cü il fevralın 1-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi...
04/02/2023

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə uyğun olaraq, 2023-cü il fevralın 1-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavülə buraxdığı “ASCO istiqrazları” üzrə faiz gəlirləri fiziki şəxslər üçün 5 il müddətinə gəlir vergisindən azaddır. Beləliklə, siz dollarda illik gəliri 6% təşkil edən, 5 il müddətli “ASCO istiqrazları”nı əldə etməklə daha çox qazanc əldə etmiş olacaqsınız. Odur ki, məhdud sayda dövriyyəyə buraxılan istiqrazlarımızı əldə etməyə tələsin!
📌Ünvan: Bakı şəhəri,
Cəfər Cabbarlı küçəsi, 44
🌐 www.ascoistiqraz.az
📞1548


Address

Caspian Plaza, 44 Jafar Jabbarli Street
Baku
1065

Alerts

Be the first to know and let us send you an email when Asco_istiqrazları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asco_istiqrazları:

Share