ENAB GROUP

ENAB GROUP HR. İnsan Resursları. Mühasibat Uçotu. Maliyyə Uçotu

20 Yanvar - Ümumxalq hüzn günüdür.20.01.1990🥀
20/01/2024

20 Yanvar - Ümumxalq hüzn günüdür.
20.01.1990🥀




Tibb müəssisələrinin POS terminal güzəştiVergi Məcəlləsinin 174.5 maddəsinə əsasən tibb müəssisələrinin, klinikaların, ö...
15/01/2024

Tibb müəssisələrinin POS terminal güzəşti

Vergi Məcəlləsinin 174.5 maddəsinə əsasən tibb müəssisələrinin, klinikaların, özəl tibbi fəaliyyətlə məşğul olan fiziki şəxslərin ƏDV öhdəliklərində güzəşt tətbiq edilir. Belə ki, bu şəxslərin POS terminalla qəbul etdikləri ödənişlərin ƏDV-siz hissəsinin yarısı (əsas məbləğin yarısı) ümumi qəbul etdikləri ödənişlərin ƏDV-siz hissəsindən çıxılır, yerdə qalan məbləğin ƏDV məbləği büdcəyə hesablanır.
Misal, N klinikası ƏDV ödəyicisidir. Ay ərzində 1180 manat gəlir əldə etmiş, bunun 944 manatını müştərilər POS terminalla ödəmişdir. Əvvəlki qaydada 1180 /1.18 * 18% = 180 manat ƏDV öhdəliyi yaranırdı. Yeni dəyişikliyə əsasən ümumi gəlirin ƏDV-siz hissəsindən (1000 manatdan) POS terminalla gələn vəsaitin ƏDV-siz hissəsinin yarısı (944/1.18/2 = 400 manat) çıxıldıqdan sonra yerdə qalan məbləğin ƏDV öhdəliyi hesablanır. (1000 – 400) * 18% = 108 manat.







Vergi Məcəlləsi ilə digər qanunlar arasında ziddiyyət və kəsişmə yarandıqda hansı əsas götürülür?Vergi qanunvericiliyinə...
07/01/2024

Vergi Məcəlləsi ilə digər qanunlar arasında ziddiyyət və kəsişmə yarandıqda hansı əsas götürülür?

Vergi qanunvericiliyinə əsasən vergi qanunları ilə digər qanunlar arasında ziddiyyət yarandıqda bəzi istisnalar olmaqla vergi qanunları tətbiq edilir. İstisnalar bunlardır:
1) Hasilatın pay bölgüsü barədə olan sazişlər, onlara əsaslanan protokollar və onlardakı vergi münasibətləri
2) “Ələt azad iqtisadi zonası” haqqında qanun
3) Tərəfdar ölkə olduğumuz beynəlxalq sazişlər (həmin sazişlərin vergi müddəaları)

Bu istisnalardan başqa digər hallarda vergi qanunlarının müddəaları tətbiq edilir. Mülki Məcəllə ilə ziddiyyət yaratdığı hallarda Mülki Məcəllə də üstünlüyün vergi qanunvericiliyində olduğunu bildirir.





Dünya Azərbaycanlılarının Həmrəlik Günü - 31 Dekabr
31/12/2023

Dünya Azərbaycanlılarının Həmrəlik Günü - 31 Dekabr



Vergi Məcəlləsinə dəyişiklik 2024Gəlirdən çıxılan yemək xərcləriBildiyimiz kimi vergi qanunvericiliyində işçilərin yemək...
30/12/2023

Vergi Məcəlləsinə dəyişiklik 2024
Gəlirdən çıxılan yemək xərcləri

Bildiyimiz kimi vergi qanunvericiliyində işçilərin yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmirdi. Hətta işçi heyəti üçün yemək bişirən işçinin maaşı belə gəlirdən çıxıla bilməzdi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən işçilərin mənzil və yemək xərclərinin gəlirdən çıxılması qəbul ediləcək. Gəlirdən çıxılması üçün xərclərin norması və qaydası Nazirlər Kabinetinin qərarı ilə açıqlanacaq.



#2024



Vergi Məcəlləsinə dəyişiklik 2024Əmtəəsiz əməliyyatKöhnə redaksiyada məcəllənin əmtəəsiz əməliyyat tərifinə söz birləşmə...
29/12/2023

Vergi Məcəlləsinə dəyişiklik 2024
Əmtəəsiz əməliyyat

Köhnə redaksiyada məcəllənin əmtəəsiz əməliyyat tərifinə söz birləşməsi əlavə edilib. Belə ki Vergi Məcəlləsinin 13.2.81 maddəsində “əmtəəsiz əməliyyat” anlayışının açıqlamasında “mal, xidmət təqdim etmədən mənfəət əldə etmək məqəsədilə” ifadəsinə “və ya bu cür məqsəd olmadan” bağlantısı əlavə edilib.
Bəzən vergi ödəyiciləri “nağdlaşdırma” və ya buna bənzər əmtəəsiz əməliyyatlar (faktiki heç bir satış, xidmət olmadan qaimə göndərmə kimi) edirlər, bu kimi işləri heç bir mənfəət, qazanc olmadan da icra edirdilər. Bu halda əmtəəsiz əməliyyat meyarından yayınmaq mümkün idisə, artıq yeni redaksiyada bunun qarşısı alınmışdır. Vergi ödəyicisi bu cür əməliyyatı mənfəət məqsədi olmadan (başqa vergi ödəyicisinə kömək və s.məqsədilə) belə yerinə yetirsə əmtəəsiz əməliyyat apardığı üçün riskli vergi ödəyicisi hesab ediləcək.








Toksik iş mühiti, bir şirkət və ya iş yerində çalışanlar arasında müxtəlif səbəblərlə yaranan, sağlamlığı və psixoloji s...
28/12/2023

Toksik iş mühiti, bir şirkət və ya iş yerində çalışanlar arasında müxtəlif səbəblərlə yaranan, sağlamlığı və psixoloji sağlamlığı təhlükəyə atan və iş mühitinin keyfiyyətini pozan bir mühitdir. Bu mühitdə işləmək, işçilər üçün stresli, təzyiq altında və p*s əhval-ruh havaasında olmağı ifadə edir. Toksik iş mühiti müvafiq tədbirlərlə və şirkət içində dəyişikliklərlə azaldıla və ya aradan qaldırıla bilər. Şirkət rəhbərliyi və işçilər arasında açıq və effektiv kommunikasiya, müstəqil şikayət prosedurları və müstəqil şəxslər üçün dəstək proqramları bu problemin həllində kömək edə bilər.






Hansı ödənişlərin təyinatında müqavilə qeyd edilməlidir?Vergi ödəyicilərinin nəzərində bütün bank ödənişlərinin təyinatı...
27/12/2023

Hansı ödənişlərin təyinatında müqavilə qeyd edilməlidir?

Vergi ödəyicilərinin nəzərində bütün bank ödənişlərinin təyinatında, ödəniş tapşırığında tərəflər arasında bağlanmış müqavilə qeyd edilməli olduğu bilinir. Lakin bu tələb bütün ödənişlərə aid deyil.
Vergi qanunvericiliyinə əsasən bir vergi ödəyicisi digər vergi ödəyicisinə (ölkədaxili) ödəniş edərkən zəruri məlumatlar təyinatda qeyd olunmalıdır:
1) Elektron qaimənin seriya və nömrəsi
2) Borc ödənişlərinə görə invoysun (hesab-fakturanın) tarixi və nömrəsi
3) Avans ödənişlərinə görə invoysun (proforma-fakturanın) tarixi və nömrəsi

Müqavilənin qeyd olunması o zaman tələb olunur ki, ay ərzində müntəzəm və daimi alınan mallara, xidmətlərə görə ödəniş edilsin.






Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yaranmasından 105 il keçir❤️Daha çox məlumat üçün bizi izləməyi unutmayın...
26/12/2023

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yaranmasından 105 il keçir❤️

Daha çox məlumat üçün bizi izləməyi unutmayın☺️






Fiziki şəxslərin əmlak hədiyyələri vergiyə cəlb olunmalıdırmı?Vergi qanunvericiliyinə əsasən daşınan maddi əmlakın hədiy...
25/12/2023

Fiziki şəxslərin əmlak hədiyyələri vergiyə cəlb olunmalıdırmı?

Vergi qanunvericiliyinə əsasən daşınan maddi əmlakın hədiyyə verilməsi vergiyə cəlb olunmur. Lakin burada istisna edilən hallar mövcuddur.
1) Qiymətli daşlar, metallar və onlardan hazırlanan əşyalar
2) İncəsənət əsərləri və əntiq əşyaları
3) Vergi ödəyicisinə onun sahibkarlıq fəaliyyətində istifadə etdiyi əmlak
4) Fiziki şəxsin vergi ödəyicilərinə (ötən paylaşımda olan) alış aktı ilə alına bilən malları təqdim etməsi
Bu hallar vergiyə cəlb olunur.
Vergi ödəyiciləri öz ailə üzvlərindən hədiyyə aldıqları halda daşınan, daşınmaz bütün əmlak növləri vergidən azaddır. Vergi ödəyicisinin ailə üzvləri isə Vergi Məcəlləsinin 13.2.7 maddəsi ilə məhdudlaşdırılır

⚠️Daha sonra oxumaq üçün postu “save” etməyi və daha çox məlumat üçün bizi izləməyi unutmayın🔆





VÖENi olmayan şəxslərdən mal alışıBildiyiniz kimi malların alışı vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən olduqda ...
23/12/2023

VÖENi olmayan şəxslərdən mal alışı

Bildiyiniz kimi malların alışı vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən olduqda malların alış aktı tərtib edilir. Bu hüquq qanunda icazə verilmiş mallara aiddir:
1) Kənd təsərrüfatı malları (istehsalçılardan aldıqda)
2) qara və əlvan metal qırıntıları
3) utilizasiya məqsədi üçün şüşə, kağız, plastik məmulatları
4) xam dəri
Satıcının şəxsiyyət vəsiqəsi ilə tərtib edilən bu aktla mallar rəsmiləşdirilir. Bu zaman vergi necə tutulacaq?
Vergi qanunvericiliyinə əsasən bu malların alışı zamanı 5% gəlir vergisi öhdəliyi yaranmış olacaq. Kənd təsərrüfat malları (istehsalçıdan alınarsa) istisna olmaqla digər malların satıcılarına ödəniş edilərkən “ödəmə mənbəyində” 5% vergi tutub büdcəyə ödəmək öhdəliyi alıcının üzərində qalır





Address

Azərbaycan
Azərbaycan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994552988902

Alerts

Be the first to know and let us send you an email when ENAB GROUP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share