Naxçıvanbank ASC Şərur rayon filialı

Naxçıvanbank ASC Şərur rayon filialı "NAXÇIVANBANK" ƏN ETİBARLI BANK Bu sistem Bankın insan resurslarını strateji məqsədlərə çatmağa səfərbər etməyi stimullaşdırmalıdır.

«Naxçıvanbank»ın missiyası yüksək peşəkar komanda ilə biznes tərəfdaşı olan əhali, kiçik və orta müəssisələrin bütün növ maliyyə xidmətlərinə olan ehtiyacını təmin etməklə yanaşı onların yaxın maliyyə məsləhətçisi olmaqdan ibarətdir Bankın Menecmenti qarşıya qoyulan strateji hədəflərə çatmaq, Azərbaycan bazarında aparıcı maliyyə xidmətləri institutuna çevrilmək, rəqabətli bazarda öz yerini tapmaq,

bazarda yeni keyfiyyətli bank imici qazanmaq üçün müştərilərinə müxtəlifçeşidli maliyyə xidmətlərini yüksək keyfiyyətdə təqdim etməyə, ən qiymətli aktiv olan insan resurslarına qayğı göstərməyə yönəldilmiş məqsədlər müəyyən etməlidir. Müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üçün: Bankın Menecmenti bank xidmətlərinin mütərəqqi standartlarını qurmalı, rəqiblərlə müqayisədə biznes tərəfdaşı olan kiçik və orta müəssisələrə həm xidmətin keyfiyyəti, məhsulların çeşidliliyi, həm də hər bir müştəriyə fərdi yanaşma sistemlərini o səviyyədə təşkil etməlidir ki, iş adamları bazara yeni keyfiyyətdə bankın daxil olmasını hiss etsin və bu bankın xidmətlərindən istifadəyə üstünlük versinlər. Bankın insan resursları «ən dəyərli aktiv» olduğu üçün onlara qayğı əsas məqsədlərdən biri kimi vurğulanmalı və insan resurslarının idarə edilməsinin təkmil sistemləri qurulmalıdır. Məramnamə Bankın Menecmentinə strateji planı hazırlayıb həyata keçirmək üçün istiqamətləri və prioritetləri müəyyənləşdirir.

Address

Şərur
6800

Telephone

+99436 542 34 53

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvanbank ASC Şərur rayon filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share